"Fənərbaxça" UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin "Feyenord"la ilk matçına itkilərlə çıxacaq.

Matc.az Türkiyə mətbuatına istiandən xəbər verir ki, İstanbul təmsilçisinin 4 futbolçusu komandaya kömək edə bilməyəcək.

Mert Hakan Yandaş, İsmail Yüksek, Rodriqo Bekan və Anderson Talişka zədə səbəbindən meydana çıxmayacaq.

Qeyd edək ki, "Feyenord" - "Fənərbaxça" qarşılaşması 5 avqust tarixində baş tutacaq. Komandalar arasındakı cavab görüşü isə bir həftə sonra istanbulda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest