"Beşiktaş"ın futbolçusu Baxtiyor Zaynutdinov Rusiyaya qayıdıb.

Matc.az xəbər verir ki, qazaxıstanlı müdafiəçi "Dinamo"ya keçib. Bu barədə klubun mətbuat xidməti məəlumat yayıb.

Moskva təmsilçisi Zaynutdinov üçün İstanbul nəhənginə 2,8 milyon avro təzmint ödəyib. 27 yaşlı sol cinah müdafiəçisi "Dinamo" ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Beşiktaş" Baxtiyor Zaynutdinovu 2023-cü ilin yayında ÇSKA-dan transfer etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest