28 İyul 2025, 13:39
FUTBOL
"Bavariya"nın futbolçusu Adam Aznu karyerasını İngiltərədə davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Everton" Mərakeş millisinin üzvünü 9+3 milyon avro qarşılığında transfer edəcək. 19 yaşlı sol cinah müdafiəçisi bu gün Premyer Liqa təmsilçisi üçün tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Adam Aznu ötən mövsümün ikinci yarısını icarə əsasında "Valyadolid"də keçirib. Gənc oyunçu La Liqa təmsilçisinin heyətində 13 rəsmi oyunda meydana çıxıb.












