19 yaşlı vingerlə imzalanan müqavilənin detalları barədə məlumaat verilməyib. İrlandiyalı futbolçu "Vest Hem"in U-21 komandasında çıxış edib.

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Şelburn" heyətinə yeni oyunçu cəlb edib.

Matc.az xəbər verir ki, İrlandiya təmsilçisi "Vest Hem"dən Şon Muru rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı vingerlə imzalanan müqavilənin detalları barədə məlumaat verilməyib. İrlandiyalı futbolçu "Vest Hem"in U-21 komandasında çıxış edib.

Qeyd edək ki, "Qarabağ" ilk oyunda "Şelburn"u 3:0 hesabı ilə məğlub edib. Komandalar arasındakı cavab görüşü iyulun 30-da Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest