28 İyul 2025, 11:54
FUTBOL
Avropanın bir neçə klubu "Qalatasaray"ın futbolçusu Barış Alper Yılmazla maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.
"Vest Hem", "Aston Villa", "Atalanta" və "Leypziq" türk vingerlə maraqlanır.
İstanbul nəhəngi Barışı satmağın əleyhinə deyil. "Sarı-qırmızılar" 25 yaaşlı oyunçu üçün 30 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, Barış Alper Yılmaz ötən mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 48 oyunda 14 qol vurub, 6 qol ötürməsi edib.












