PSJ-nin qapıçısı Canluici Donnarumma karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb.

"Qalatasaray" italiyalı qolkiperi transfer etmək istəyir. Türkiyə çempionu Donnarummaya yüksək maaş təklif edib. 26 yaşlı "əlcək sahibi" hələ ki "sarı-qırmızılar"a cavab verməyib.

Qeyd edək ki, Canluici Donnarumma 2021-ci ilin yayından PSJ-də çıxış edir. Onun klubla 1 illik müqaviləsi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest