Futbol üzrə Bolqarıstan çempionatında 2-ci turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" doğma meydanda "Lokomotiv"i (Sofiya) qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Cəlal Hüseynov da bu görüşün iştirakçısı olub. 22 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

Qeyd edək ki, "Arda" 2 turdan sonra 11 xal toplayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest