"Liverpul" bu yay "Nyukasl"dan Aleksander İsakın transferini tamamlaya bilər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat verib.

Bildirilir ki, "Ayntraxt"dan fransız hücumçu Hüqo Eketikeni 95 milyon avroya transfer etməsinə baxmayaraq, "mersisaydlılar" "transfer pəncərəsi" bitməmiş daha bir addım atmağa hazırlaşır.

Luis Dias və Darvin Nunesin mümkün gedişi, daha bir hücumçunun qapısını açır. İndi "Liverpul" "Nyukasl"ın ayrılmaqda israrlı olan İsakı satıb-satmayacağına dəqiqləşdirmək üçün gözləmə mövqeyindədir.

Xatırladaq ki, isveçli forvard "Nyukasl"a 2022-ci ilin yayında "Real Sosyedad"dan 70 milyon avroya keçib. Ötən mövsüm o, klubun heyətində 42 matçda 27 qol vurub, 6 məhsuldar ötürmə edib. 25 yaşlı isveçlinin qiyməti hazırda 120 milyon avro olaraq dəyərləndirilir.

“Nyukasl” uzun müddətdir komandanın hədəfində olan “RB Leipzig”in hücumçusu Benjamin Sesko-nu heyətinə cəlb etmək fikrindədir, lakin onun İsakın yerinə keçəcəyi, yoxsa gələn mövsüm onunla bərabər oynayacağı bəlli deyil.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest