26 İyul 2025, 21:40
FUTBOL
Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Ole Qunnar Solskayer istefaya göndərilmək təhlükəsi ilə üzləşib.
Matc.az xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yayılıb.
Bir gün əvvəl Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Beşiktaş" doğma meydanda "Şaxtyor"a 2:4 hesabı ilə uduzub. Əgər "Beşiktaş" Ukrayna klubunu bilməsə və Avropa Liqasından kənarlaşdırılsa, bu görüş Solskayer üçün sonuncu ola bilər.
Solskayer bu ilin yanvarından "Beşiktaş"a rəhbərlik edir. 52 yaşlı norveçli əvvəllər "Molde", "Kardiff" və "Mançester Yunayted"də çalışıb.
Qeyd edək ki, "Şaxtyor" ilə cavab matçı gələn cümə axşamı, iyulun 31-də baş tutacaq.