"Everton" "Bavariya"nın sol cinah müdafiəçisi Adam Aznunu transfer etməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat verib.

Bildirilir ki, klublar transferin bütün detalları ilə bağlı razılığa gəliblər. Aznu da transferə razılıq verib.

Transfer məbləği 9 milyon avro üstəgəl 3 milyon avro bonus təşkil edir. Aznu yaxın günlərdə tibbi müayinədən keçəcək.

Qeyd edək ki, müdafiəçi ötən mövsümün ikinci hissəsini icarə əsasında "Valyadolid"də keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest