26 İyul 2025, 16:34
FUTBOL
"Liverpul" öz stadionunun yaxınlığında komandanın vəfat etmiş hücumçusu Dioqo Jotanın xatirəsinə memorial heykəli qoyacaq.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Jota iyulun 3-də yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Jota və onun qardaşı Andrenin mindiyi "Lamborghini" təkərinin partlaması səbəbindən idarəetməni itirib, daha sonra xəndəyə uçaraq alovlanıb.