"Karvan" yarımmüdafiəçi Vadim Abdullayev ilə 1 illik müqavilə imzalayıb.

2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Karvan" Vadim Abdullayevin transferini açıqlayıb.

Matc.az xəbər verir ki, Yevlax klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, yarımmüdafiəçi son olaraq "Araz-Naxçıvan" klubunun formasını geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest