"Lion" Portuqaliyanın "Kasa Pia" klubundan Əfsanəvi Patrik Kluyvertin oğlu, müdafiəçi Ruben Kluyvertin transferini başa çatdırıb.

Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun saytı məlumat yayıb.

Fransızlar niderlandlı futolçunun transferi üçün 3,78 milyon avro ödəyib. Patrik "Lion"la 30 iyun 2030-cu ilə qədər müqavilə imzalayıb.

Qeyd edək ki, ötən mövsüm Ruben Kluyvert "Kasa Pia"nın heyətində 24 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest