26 İyul 2025, 14:05
FUTBOL
"Bavariya" vinger Luis Diası almaq üçün "Liverpul"a yeni təkliflə müraciət edib.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sport" nəşri məlumat yayıb.
Bildirilir ki, Almaniya nəhəngi 28 yaşlı futbolçu üçün 67,5 milyon avrodan çox ödəməyə hazırdır. Hazırda klublar arasında danışıqlar davam edir.
Kolumbiyalı cinah yarımmüdafiəçisi artıq "mersisaydlılar"dan onu "Bavariya"ya buraxmağı xahiş edib. Münhen klubu Diasla 2029-cu ilə qədər müqavilə hazırlayıb.
Qeyd edək ki, hücumçu 2022-ci ilin qışında "Portu"dan "Liverpul"a keçib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi hesablanıb.