26 İyul 2025, 12:16
FUTBOL
"Real" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini baş məşqçi Xabi Alonsonun taktiki sistemini gücləndirəcək "əsas fiqur" hesab edir.
Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
Bildirilir ki, Madrid klubu 2024-cü ildə "Qızıl top"un sahibini əldə etmək üçün sövdələşməyə futbolçular Rodriqo Qoes və Eduardo Kamavinqanın daxil edilməsi variantını nəzərdən keçirir. Bundan əlavə, İspaniya nəhəngi Mançester klubuna əlavə 40 milyon avro ödəməyə hazırdır.
Lakin "Mançester Siti" komandanın liderlərindən birini satmaq istəmir və ona 2030-cu ilə qədər müqavilə uzatmaq təklifi hazırlayırlar. 29 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsi 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulub.