26 İyul 2025, 10:34
FUTBOL
Beynəlxalq Futbolçular İttifaqı FİFPRO FİFA-nı futbolu avtokratik idarə etməkdə və oyunçuların problemlərinə məhəl qoymamaqda ittiham edib.
Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Təşkilat bəyan edib ki, FİFA oyunçuların ciddi zədə ehtimalı ilə bağlı narahatlığına tamamilə məhəl qoymur. Bundan əlavə, federasiya dünya futbolunda öz hökmranlığından sui-istifadə etməklə, digər strukturlarla lazımi məsləhətləşmələr aparmadan, beynəlxalq oyunların sayını artırmaqda ittiham olunur.
Qeyd edək ki, daha əvvəl FİFA futbolçular və onların həmkarlar ittifaqı ilə məcburi istirahət müddətləri ilə bağlı kompromis elan etmişdi, lakin FIFPRO-nun məlumatına görə, bu, onların iştirakı olmadan baş verib.