Şotlandiyanın "Seltik" klubunun yarımmüdafiəçisi Kvon Hyuk-Qyu "Nant"a keçib.

Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, 24 yaşlı koreyalı ilə 30 iyun 2028-ci ilə qədər müqavilə imzalanıb. Transferin dəyəri 250 min avro təşkil edib.

Qeyd edək ki, müdafiəyəmeyilli yarımmüdafiəçi karyerası ərzində müxtəlif klublarda 111 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest