26 İyul 2025, 09:17
FUTBOL
"Torino"nun müdafiəçisi Sebastyan Valukeviç "Sassuolo"ya keçib.
Matc.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, 25 yaşlı polyak 2026-cı il iyunun 30-na kimi icarəyə göndərilib.
Qeyd edək ki, Valukeviç "Legiya"nın yetirməsidir. Polşa millisinin üzvü ümumilikdə, peşəkar klub səviyyəsində 182 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.