"Yuventus"un vingeri Kənan Yıldız "Çelsi"nin diqqətini çəkib.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Bildirilir ki, London klubu futbolçunun transferi üçün 70 milyon avro təklif etsə də, Turin klubu bunu rədd edib.
İtaliya klubunun rəhbərliyi türkiyəli futbolçunun 2029-cu ilə kimi nəzərdə tutulan hazırkı müqaviləsinin şərtlərini yaxşılaşdırmaq niyyətindədir. Hazırkı müqaviləyə əsasən, Yıldız illik təxminən 1,5 milyon avro və bonuslar qazanır. Müqavilənin mümkün uzadılmasından sonra onun maaşı hər mövsümə təxminən 4 milyon avro təşkil edəcək.
Qeyd edək ki, ötən mövsüm bütün turnirlərdə klub səviyyəsində 52 oyun keçirən Kənan 12 qol vurub və 9 məhsuldar ötürmə edib. "Transfermarkt" futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.