"Barselona"nın yarımmüdafiəçisi Pau Viktor "Braqa"ya keçib.

Matc.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat paylaşıb.

Bildirilir ki, 23 yaşlı ispaniyalı ilə 30 iyun 2030-cu ilə qədər müqavilə imzalanıb. Transferin məbləği 12 milyon avro olub.

Qeyd edək ki, Pau Viktor "Jirona"nın yetirməsidir. O, 2023-cü ilin yayında "Barselona"ya keçib. Yarımmüdafiəçi Kataloniya klubunun əsas heyətində 29 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest