26 İyul 2025, 00:24
FUTBOL
"Fulhem" "Çelsi"nin vingeri Rahim Sterlinqi transfer etməyi düşünür.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Ben Jakobs məlumat yayıb.
Bildirilir ki, London klubu 30 yaşlı ingilisi satmaq istəyir, lakin bunun üçün futbolçunun özü müqavilənin reallaşması üçün maaşın azaldılmasına razılıq verməli olacaq.
Sterlinq ötən mövsümü icarə əsasında "Arsenal"da keçirib, lakin "topçular" oyunçunu almaqdan imtina edib. 30 yaşlı cinah yarımmüdafiəçisi "Arsenal"ın heyətində bütün turnirlərdə keçirdiyi 28 matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Sterlinq "Çelsi" ilə müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir.