MLS Lionel Messi və Jordi Albanı bir oyunluq diskvalifikasiya edib.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

"İnter Mayami" təmsilçiləri "Sinsinnati" ilə oyunu buraxacaqlar.

Cəza hər iki ulduz futbolçunun MLS "All-Star" oyununda iştirak etməkdən imtina etməsi ilə bağlıdır.

Liqanın qaydalarına əsasən, MLS "All-Star" oyunu üçün seçilmiş futbolçular zədələri və ya digər məcburedici səbəbləri olmadıqca, gəlməkdən imtina etmək hüququ yoxdur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest