"Barselona"nın sağ cinah müdafiəçisi Jül Kunde Kataloniya klubu ilə müqaviləsini 2030-cu ilin iyun ayına qədər uzatmağa razılaşıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.

Bildirilir ki, 26 yaşlı futbolçu ilə "Mançester Siti" maraqlansa da, fransız müdafiəçi "Barselona"da qalmaq istədiyini bildirib.

Qeyd edək ki, Kunde 2022-ci ilin yayında "Sevilya"dan "Barselona"ya keçib. Ötən mövsüm o, bütün yarışlarda 53 matçda iştirak edib, 4 qol vurub və 8 məhsuldar ötürmə edib. 26 yaşlı müdafiəçinin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 65 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest