"Mançester Siti" heyətini yeni qapıçı ilə gücləndirib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.

Bildirilir ki, Mançester klubu "Bernli"dən Ceyms Traffordu heyətinə qatıb.

Qolkiperin transferi "şəhərlilər"ə 40 milyon funt-sterlinqə başa gəlib. 

Qeyd edək ki, Trafford "Mançester Siti"nin yetirməsidir. O, 2023-cü ildən "Bernli"nin formasını geyinir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest