Viktor Qyökereş və onun agenti Həsən Çetinkaya "Arsenal"a transferini başa çatdırmaq üçün Londona uçub.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.

Bildirilirdi ki, hücumçunun "topçular"la 5 illik müqavilə imzalamazdan əvvəl tibbi müayinəsi iyulun 26-da baş tutacaq.

London klubu futbolçunun transferi üçün "Sportinq"ə 63,5 milyon avro və 10 milyon bonus ödəyəcək.

Qeyd edək ki, Çetinkaya daha əvvəl müştərisinin istədiyi klubla müqavilə imzalamasına kömək etmək üçün komissiyadan imtina edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest