"Turan Tovuz"dan ayrılan İvan Konovalov karyerasını Belarusun "Dinamo" klubunda davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Minsk klubunun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, rusiyalı qolkiper "Dinamo" klubu ilə 1.5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Konovalov ötən mövsümü "Turan Tovuz"da keçirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest