"Milan" və "Yuventus" oyunçu mübadiləsi edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Bildirilir ki, "Milan" "Yuventus"un və Serbiya millisinin hücumçusu Duşan Vlahoviç ilə maraqlanır. "Rossoner"lər serb forvard üçün müdafiəçisi Malik Tşaunu təklif etmək fikrindədir.
Vlahoviçin transfer dəyəri 35 milyon avro, Tşau isə 18 milyon avro dəyərində qiymətləndirilir.
"Yuventus" forvardı bu yay satmağa çalışır, çünki onun müqaviləsi bir ildən sonra başa çatır və onlar yeni müqavilə ilə bağlı razılığa gələ bilməyiblər. Serb futbolçu daha əvvəl digər klublardan gələn bir neçə təklifi rədd edib.
Tşau isə "Komo"dan təklifi rədd edib. O, növbəti mövsüm "Milan"da qalmaq və Massimiliano Alleqrinin komandasının start heyətində yer qazanmaq istəyir.