25 İyul 2025, 18:54
FUTBOL
"Barselona"nın alman qapıçısı Mark-Andre ter Ştegen tezliklə kapitan sarğısını itirəcək.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Bildirilir ki, bu qərarı baş məşqçi Hansi Flik, idman direktoru Deko və klub prezidenti Joan Laporta birgə qəbul ediblər. Buna səbəb alman qolkiperin klubdan ayrılmaq istəməməsi, həmçinin ter Ştegenin əməliyyata ehtiyac olması ilə bağlı icazəsiz açıqlama verməsidir.
Kapitan sarğısına namizədlər arasında Ronald Arauxo, Frenki de Yonq, Pedri, Rafinya, İniqo Martinez, Robert Levandovski, Ferran Torres və Lamin Yamal var.