25 İyul 2025, 18:11
FUTBOL
Ulduz forvard Viktor Osimhenin "Napoli"dən "Qalatasaray"a transfer hekayəsi yekunlaşmaq üzrədir.
Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat paylaşıb.
Bildirilir ki, klublar sövdələşmənin bütün detalları ilə bağlı razılığa gəliblər, hüquqşünaslar isə sənədləri yekunlaşdırır. Transferin bu həftə sonu rəsmən başa çatacağı gözlənilir.
"Napoli" forvardın transferindən dərhal sonra 40 milyon, ilin sonuna qədər isə 35 milyon avro alacaq. Müqavilədə "Qalatasaray"ın futbolçunu iki il müddətinə İtaliya klublarına satmasını qadağan edən bənd də yer alacaq.
Qeyd edək ki, Osimhen ötən mövsümü icarə əsasında "Qalatasaray"da uğurla keçirib. O, 41 matçda 37 qol və 8 məhsuldar ötürmə edib.