25 İyul 2025, 17:40
FUTBOL
"Vilyarreal" "İnter"dən icarəyə götürdüyü Teycon Byukeneni komandada saxlayacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İspaniya klubu kanadalı yarımmüdafiəçi üçün 9 milyon avro təzminat ödəyəcək. "İnter" 26 yaşlı oyunçunun növbəti satışından 20 faiz pay əldə edəcək.
Qeyd edək ki, Teycon Byukenen ötən mövsümün ikinci yarısında "Vilyarreal"da çıxış edib. O, La Liqa təmsilçisinin heyətində keçirdiyi 13 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.