"Mançester Siti" sponsoru "Puma ilə müqaviləni uzadıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
Klub bu avadanlıq istehsalçısı ilə 2019/2020 mövsümündən əməkdaşlıq edir. Tərəflər arasında yeni anlaşma 2034/2035 mövsümünə qədər hesablanıb. "Mançester Siti" bu şirkətdən mövsümdə 100 milyon funt sterlinq alacaq. Bu, İngiltərə Premyer Liqası tarixində ən böyük sövdələşmədir.
Qeyd edək ki, ötən mövsümün sonunda "Mançester Siti" Premyer Liqanın turnir cədvəlini üçüncü yerdə tamamlayıb, İngiltərə Kubokunun finalına yüksəlib, Liqa Kubokunun dördüncü raund mərhələsində dayanıb, 1/8 finala yüksəldiyi üçün Çempionlar Liqasında pley-off mərhələsində mübarizədən kənarlaşdırılıb və kublararası dünya çempionatının 1/8 final mərhələsində büdrəyib.