"Porto"nun vingeri Fransisko Konseysao "Yuventus"la tam müddətli müqavilə imzalamağa yaxınlaşır.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat verib.

Bildirilir ki, transfer 24 milyon avro dəyərində qiymətləndirilir. Müqavilə demək olar ki, tamamlanıb və yaxın vaxtlarda onun başa çatması ilə bağlı elanın veriləcəyi gözlənilir.

Konseysao karyerasını İtaliya klubunda davam etdirməyə üstünlük verərək "Everton" və "Vulverhempton"un təkliflərini rədd edib.

Xatırladaq ki, 2024-cü ilin avqustunda "Yuventus" futbolçunu 10 milyon avroya bir mövsümlük icarəyə götürüb. 2024/25 mövsümündə Konseysao Turin klubunun heyətində 40 matçda 7 qol vurub və 4 məhsuldar ötürmə verib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest