12 İyul 2025, 10:16
FUTBOL
"Nyukasl" "Nottingem Forest"dən Antoni Elanqanı transfer edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sağsağanlar" isveçli vinger üçün onun klubuna 64 milyon avro təzminat ödəyib. 23 yaşlı oyunçu ilə uzunmüddətli müqavilə imzalanıb.
Qeyd edək ki. İsveç millisinin üzvü olan Antoni Elanqa ötən mövsüm "Nottingem Forest"in heyətində keçirdiyi 43 oyunda 6 qol vurub, 12 qol ötürməsi edib.