"Yeni mövsümün başlaması münasibəti ilə hər kəsi təbrik edirəm. Şanslar bərabərdir. Rəqibimiz güclüdür. Amma hamımız bu qarşılaşmaya hazırıq".
"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacı Sloveniyanın "Sele" komandası güclü rəqibdir".
Matc.az xəbər verir ki, bunu "Sabah"ın qapıçısı Stas Pokatilov deyib.
Qazaxıstanlı qolkiper Bakıda Sloveniyanın "Sele" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Yeni mövsümün başlaması münasibəti ilə hər kəsi təbrik edirəm. Şanslar bərabərdir. Rəqibimiz güclüdür. Amma hamımız bu qarşılaşmaya hazırıq".
Qeyd edək ki, iyulun 10-da "Bank Respublika Arena"da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. (Report)