08 İyul 2025, 21:24
FUTBOL
"Beşiktaş" Motasem Əl-Musrati ilə yollarını ayıracaq.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Liviyalı yarımmüdafiəçinin performansı baş məşqçi Ule Qunnar Sulşeri qane etmir. 29 yaşlı futbolçu ilə Avropada bir neçə klub maraqlanır.
Qeyd edək ki, "Beşiktaş" Əl-Musratini 2024-cü ilin fevral ayında "Braqa"dan transfer edib. Təcrübəli oyunçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Monako"da keçirib.