25 İyun 2025, 21:05
FUTBOL
"Turan Tovuz"un yeni transferi Roberto Olabe bir çox titullara sahib futbolçudur.
Matc.az xəbər verir ki, Olabe Madrid "Atletiko"sunun heyətində 2018-ci UEFA Avropa Liqasının medallarında sahib olub.
Madrid təmsilçisi yarımfinalda "Arsenal"ı Avropa Liqasından kənarlaşdıraraq, finalında Fransanın "Marsel" klubuna 3 cavabsız qolla qalib gəlib.
29 yaşlı ispaniyalı yarımmüdafiəçi Madrid təmsilçisi ilə 2018-ci ildə UEFA Superkubokuna da sahib olub. Həlledici görüşdə Madrid derbisi baş tutub. "Atletiko" "Real" üzərində 4:2 hesablı qələbəyə sevinib.
Xatırladaq ki, "Turan Tovuz" Roberto Olabe ilə 2 illik müqavilə imzalayıb.

