Konate klubun yeni sözləşmə təklifini qəbul etməyib. Artıq tərəflər arasında danışıqlar dayanıb.

"Liverpul" gələn il müqaviləsi başa çatan İbrahima Konate ilə anlaşa bilmir.

Matc.az xəbər verir ki, bu barədə "Guardian" nəşri məlumat yayıb.

Konate klubun yeni sözləşmə təklifini qəbul etməyib. Artıq tərəflər arasında danışıqlar dayanıb. Razılıq əldə olunmasa, Fransa millisinin üzvü gələn ilin yayında İngiltərə çempionunu azad agent statusu ilə tərk edəcək.

Qeyd edək ki, "Liverpul" 2021-ci  ildə "Leypziq"dən transfer edib. 26 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm Mersisayd təmsilçisinin heyətində keçirdiyi 42 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest