"Milan"ın müdafiəçisi Teo Hernandes fikrini dəyişib və indi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun təklifini nəzərdən keçirməyə hazırdır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı nüfuzlu insayder Canluka Di Marsio paylaşıb.

Bildirilir ki, tərəflər artıq 35 milyon avroya transfer barədə razılığa gəliblər.

Qeyd edək ki, fransız sol cinah müdafiəçisi 2019-cu ildən Milan klubunda çıxış edir. Ötən mövsüm o, bütün turnirlərdə 49 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə edib. Hernandesin İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest