22 İyun 2025, 12:07
FUTBOL
Bu yay "Qarabağ"dan ayrılan Patrik Andradenin yeni klubu müəyyənləşib.
Matc.az xəbər verir ki, o, karyerasını "Araz-Naxçıvan"da davam etdirəcək
Bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.
Patrik Andrade ilə "1+1 il" şərti ilə müqavilə imzalanıb.
Kabo-Verde millisinin də üzvü olan 32 yaşlı yarımmüdafiəçi ölkəmizdə daha çox "Qarabağ"dakı çıxışı ilə tanınıb. O, müxtəlif illərdə ölkəsinin "Sportinq da Praya", "Desportivu da Praya", "Benfika da Praya", Portuqaliyanın "Ribeyran", "Juane", "Moreypense", "Famalikan", "Salqeyruş", Bolqarıstanın "Çerno More", Serbiyanın "Partizan" klublarında çıxış edib. O, ötən mövsümü "Qarabağ"ın heyətində keçirib.