"Fənərbaxça"nın futbolçuları Burak Kapacak və Linkoln Enrike Super Liqada klublarını dəyişə bilərlər.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Antalyaspor" hər iki oyunçunun xidmətində maraqlıdır. Antalya təmsilçisi "Fənərbaxça" ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Linkoln Enrike ötən mövsüm icarə əsasında "Hall Siti"də çıxış edib. Burak Kapacak isə "Fənərbaxça" forması ilə cəmi 1 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest