16 İyun 2025, 11:10
FUTBOL
Sergen Yalçın Super Liqaya qayıtmağa yaxındır.
Matc.az Türkiyə mətbuatina istinadən xəbər verir ki, "Qaziantep" türk mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir.
Artıq tərəflər arasında ilk görüş baş tutub. 52 yaşlı məşqçi "Qaziantep"i çalışdırmağa isti yanaşır.
Qeyd edək ki, Sergen Yalçının son iş yeri "Antalyaspor" olub. O, daha əvvəl "Beşiktaş"la Super Liqada çempionluğu yaşayıb.