"Qalatasaray"ın futbolçusu Ahmed Kutucu karyerasını Ukraynada davam etdirə bilər.

Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Şaxtyor" türk vingerin xidmətində maraqlıdır.

Donetsk təmsilçisinin baş məşqçisi Arda Turan Ahmedi komandasında görmək istəyir. İstanbul nəhəngi oyunçusunu satmağa isti yanaşır.

Qeyd edək ki,  "Qalatasaray" Ahmed Kutucunu bu ilin yanvar ayında "Eyüpspor"dan transfer edib. 25 yaşlı futbolçu "sarı-qırmızzılar"ın heyətində keçirdiyi 18 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest