"Arsenal" "Sportinq"in hücumçusu Viktor Qyökereşlə bağlı danışıqları 80 milyon avro tələb etdiyinə görə dayandırıb.

Matc.az xəbər verir ki, bu barədə "Record" məlumat yayıb.

Bildirilir ki, 27 yaşlı futbolçu artıq London klubu üçün prioritet seçim deyil. "Topçular" diqqəti "Leypsiq"dən Benyamin Şeşko və "Aston Villa"dan Olli Uotkinsin namizədliyinə yönəltmək qərarına gəlib.

Xatırladaq ki, Qyökereş UEFA Çempionlar Liqasında çıxış etmək üçün "Mançester Yunayted"in təklifindən imtina etmişdi.

Ötən mövsüm Qyökereş bütün turnirlərdə 52 oyun keçirib, 54 qol vurub və 13 məhsuldar ötürmə edib. 27 yaşlı hücumçunun klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 75 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest