15 İyun 2025, 00:30
FUTBOL
"Sportinq"in hücumçusu Viktor Qyökereş "Mançester Yunayted"dən gələn təklifi rədd edib və "Arsenal"a keçidini gözləyir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Guardian" paylaşıb.
Bildirilir ki, London klubuna keçid isveçli hücumçunun arzusunda olduğu transfer olardı. 27 yaşlı forvardın Mikel Artetanın komandasına keçmək istəyinin əsas səbəbi UEFA Çempionlar Liqasında oynamaq arzusudur.
"Sportinq"in Qyöşekerş üçün 80 milyon avro istədiyi bildirilir.
Qeyd edək ki, ötən mövsüm Viktor Qyökereş klubun heyətində bütün yarışlarda 52 matçda iştirak edib, 54 qol vurub və 13 məhsuldar ötürmə edib. İsveçlinin "Sportinq"lə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.