13 İyun 2025, 19:37
TOP OYUNLARI
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirib.
Matc.az xəbər verir ki, Lüksemburqla qarşılaşan yığmamız rəqibinə 0:3 hesabı ilə uduzub.
Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.
Qeyd edək ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda daha əvvəl İsveçə uduzub (0:3), Gürcüstan seçməsini isə məğlub edib - 3:0.
Yığmamız iyunun 15-də isə Macarıstanla üz-üzə gələcək.