Xorvatiya milli komandasının kapitanı Luka Modriç yeni rekorda imza atıb.

Matc.az xəbər verir ki, o, dünya çempionatlarının Avropa zonası üzrə seçmə mərhələsində qol vuran ən yaşlı futbolçu olub.

Modriç  DÇ-2026-nın seçmə mərhələsinin Çexiya ilə matçında (5:1) fərqlənməklə buna nail olub. Futbolçu 39 yaş 9 aylığında qol vurub.

Əvvəlki rekord Bosniya və Herseqovina millisinin hücumçusu Edin Cekoya (39 yaş 2 ay) məxsus idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest