Azərbaycanın kişi voleybolçulardan ibarət yığması I turu İsveçdə təşkil olunan Gümüş Avropa Liqasında ilk oyununu keçirib.

Matc.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda İsveç yığması ilə üz-üzə gəlib.

Görüş meydan sahiblərinin 3:0 (25:13, 25:20, 25:14) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu sabah Gürcüstana qarşı keçirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest