06 İyun 2025, 15:18
FUTBOL
Münhenqladbax "Borussiya"sının hücumçusu Tim Klyayndinst Türkiyə Super Liqasında çıxış edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
Almaniya millisinin üzvünün xidmətində maraqlı olan klub "Beşiktaş"dır. İstanbul nəhəngi həm futbolçunun özü ilə, həm də klubu ilə danışıqlara başlayıb. Allman forvard özü "Beşiktaş"a keçməyə isti yanaşır.
Qeyd edək ki, Tim Klyayndinst ötən mövsüm "Borussiya"nın heyətində keçirdiyi 33 oyunda 16 qol vurub, 10 qol ötürməsi edib. 29 yaşlı hücumçunun klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.