06 İyun 2025, 14:17
FUTBOL
"Əl-Hilal" "Napoli"nin hücumçusu Viktor Osimheni transfer etmək fikrindən daşınıb.
Matc.az xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.
Ərəblər Osimhenə illik 35 milyon avro maaş təklif edib. Nigeriyalı forvardın tələbi isə daha yüksək maaş olub. Bundan sonra "Əl-Hilal" rəhbərliyi transferdən vaz keçib. Onlar başqa hücumçularla danışıqlar aparacaq.
Qeyd edək ki, Viktor Osimhen ötən mövsüm icarə əsasında "Qalatasaray"da çıxış edib. 26 yaşlı forvard "sarı-qırmızılar"ın heyətində keçirdiyi 41 oyunda 37 qol vurub, 8 qol ötürməsi edib.