06 İyun 2025, 13:55
FUTBOL
"Lill"lə müqaviləsi başa çatan Ancel Qomes Fransada qalacaq.
Matc.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
İngiltərə millisinin üzvü "Marsel"lə razılıq əldə edib. Yaxın günlərdə tərəflər arasında 3 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Ancel Qomes 2020-ci ilin yayından "Lill"də çıxış edirdi. 24 yaşlı yarımmüdafiəçi ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində keçirdiyi 20 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.